spot_img
Ana səhifəGÖZƏLLİKESTETİKGöz rəngi dəyişdirmə əməliyyatına diqqət

Göz rəngi dəyişdirmə əməliyyatına diqqət

spot_img

Göz rəngi dəyişdirmə əməliyyatı təhlükəli olmasına baxmayaraq hazırda bütün dünyada sürətli şəkildə yayılır.

Maya.news xəbər verir ki, göz rəngini dəyişdirən insanların sayında artım olduğu üçün bir çox mütəxəssislər qalıcı korluğa səbəb olan bu yeni trend üçün həyəcan siqnalı verirlər.

Əməliyyat o qədər riskli hesab olunur ki, insanlar gözlərini rəngləndirmək istədikləri halda, dünyalarını qaralda bilərlər.

Əməliyyat zamanı gözün ön hissəsində olan şəffaf buynuz qişaya boya inyeksiya edilir. Nəticədə göz rəngi dəyişir. Bu əməliyyat bəzən göz bəbəyinə lazer şüaları ilə təsir edərək də icra olunur. Bu zaman isə bəbəkdə olan rəngverici piqmentlər yox edilir.

Ancaq göz rəngini dəyişdirdikdən sonra gözü əvvəlki vəziyyətinə qaytarmaq mümkün deyil. Əməliyyat etdirən insanların çoxunda orqanizm allergik reaksiyalar yarada bilir. Nəticədə büllur qişada şişkinlik əmələ gəlir, prosesin davamında isə görmə funksiyası tamamilə itir.