Dəriyə düzgün qulluq etmək üçün yaşınıza uyğun kremlər seçmək vacibdir.
Maya.news xəbər verir ki, qocalmanın qarşısını almaq və dərinizin sağlamlığını qorumaq üçün hər yaş dövründə fərqli tərkibli məhsullardan istifadə edilməlidir.
20-li yaşlar
Qocalmanın ilk əlamətləri 25 yaşından etibarən görünməyə başlayır. Xüsusilə göz ətrafı nahiyə qocalma əlamətlərinin ilk göründüyü yerdir. Bu səbəbdən 20 yaşından başlayaraq göz ətrafı üçün faydalı kremlərdən istifadə edin.
30-lu yaşlar
30 yaşından etibarən dərinin enerjisi azalmağa başlayır. Ona görə də dəri baxımında antioksidant tərkibli kremlərə üstünlük verilməlidir.
40-lı yaşlar
Qocalmanın ən böyük səbəbi şəkərin və sərbəst radikalların hüceyrələrə zərər verməsidir. Zədələnmiş hüceyrələr öldükcə qırışlar artır, dərinin elastikliyi azalır. Bu səbəbdən 40-lı yaşlarda dərinin elastiklik və parlaqlıq itkisinə qarşı məhsullardan istifadə edilməlidir.
50-li yaşlar
Bu yaşlarda dərinin forması dəyişməyə başlayır. Üz hissəsi öz aydınlığını itirir və dərin qırışlar əmələ gəlir. Bu səbəbdən 50-li yaşlarda dərini sıxlaşdıran məhsullardan istifadə etmək daha məqsədəuyğun hesab edilir.