spot_img
Ana səhifəGÖZƏLLİKMAKİYAJMakiyajın qədim Misirdən müasir dövrə qədərki möhtəşəm tarixi

Makiyajın qədim Misirdən müasir dövrə qədərki möhtəşəm tarixi

spot_img

Ən qədim gözəllik anlayışlarından biri makiyajdır.

Maya.news xəbər verir ki, makiyaj 4 000 illik tarixə malikdir. Onun ən qədim nümunələrinə Misir sivilizasiyasında rast gəlinir. Yüksək təbəqədən olan kişilər və qadınlar statuslarını göstərmək üçün tünd qara və yaşıl tonlarda göz makiyajı ediblər. Sürmə adlanan və gözləri qoruduğuna inanılan bu makiyaj saf qurğuşun və mis filizlərindən əldə edilib.

Böyük Britaniya kraliçası Viktoriyanın dövründə isə makiyaj yüksək təbəqədən olan qadınlar tərəfindən bəyənilməyib. Bunun səbəbi isə makiyajdan aktrisaların və cəmiyyətin aşağı təbəqələrinin də istifadə etməsi olub.

Bu dövrdə qadınlar dərilərini daha təbii və təmiz saxlamağa çalışıblar. “Görünməz gözəllik” adlı makiyaj tərzi də bu dövrdə meydana çıxıb.

Makiyaj geniş kütlələr tərəfindən isə 1920-ci ildən etibarən istifadə olunub. Tünd göz makiyajı, “Cupid’s Bow” adlanan dodaq forması və parlaq qırmızı ənlik bu dövrün makiyaj tərzində xüsusi yer tutub.

2000-ci illər isə makiyajın şəxsi ifadə vasitəsinə çevrilməsi kimi xarakterizə edilə bilər. “YouTube” və digər sosial media platformaların təsiri ilə makiyaj trendləri sürətlə yayılıb. Konturlama və “makiyajsız makiyaj” kimi üslublar populyarlıq qazanıb.