spot_img
Ana səhifəGÖZƏLLİKMAKİYAJQalıcı makiyaj sizi kor edə bilər

Qalıcı makiyaj sizi kor edə bilər

spot_img

Son aparılan tədqiqatlar qalıcı makiyaj prosedurlarının ciddi fəsadlara səbəb ola biləcəyini üzə çıxarıb.

Maya.news xəbər verir ki, Tədqiqatlar Almaniyada yerləşən Drezden-Fredrixstat Akademik Təhsil Xəstəxanasında aparılıb.

Qalıcı makiyaj dəriyə mikro piqmentlərin yeridilməsi ilə həyata keçirilən prosedurdur. Bu prosedur zamanı sterilizasiya xüsusi əhəmiyyət kəsb edir. Gigiyenik qaydalara əməl edilməyən mühitlərdə edilən prosedurlar göz daxilində iltihablanmaya səbəb ola bilər. Bu iltihablanma isə gözmə funksiyasının müvəqqəti itməsindən qalıcı korluğa qədər müxtəlif fəsadlarla nəticələnər.

Mütəxəssislər, eyni zamanda gündəlik həyatda istifadə etdiyiniz makiyaj alətlərini başqaları ilə paylaşmamağı da tövsiyə edirlər. Bu alətləri tez-tez təmizləməli, son istifadə tarixi keçən məhsulları istifadə etməməlisiniz. Əgər gözünüzə linza taxırsınızsa, onu çıxararkən gigiyenik qaydalara əməl etmək vacibdir.