Dırnaqlarının uzunluğu 1 metrdən çox olan qadın TikTok platformasında diqqət mərkəzinə çevrilib.
Maya.news xəbər verir ki, “nailsbyry” istifadəçi adı ilə tanınan Maryah dırnaqlarında 156 fərqli bəzək daşıyır.
4 uşaq anası olan Maryah paylaşdığı videolarda uzun taxma dırnaqları ilə gündəlik işləri necə idarə etdiyini izləyiciləri ilə bölüşüb.
Maryah dırnaqlarının uzunluğunun mətbəx işlərinə mane olmadığını bildirib.
Bununla belə, gigiyenik işlərdə bacısından kömək aldığını etiraf edib.