Saçların sağlam, parlaq və güclü olması üçün düzgün qidalanma əsas şərtlərdən biridir.
Maya.news saç sağlamlığını dəstəkləyən 9 super qidanı sizin üçün bir araya topladı:
Fındıq
Fındıq tərkibindəki biotin və E vitamini sayəsində saçların uzanmasını sürətləndirir və tökülmənin qarşısını alır.

Qoz
Omeqa-3 və Omeqa-6 yağ turşuları ilə zəngin olan qoz saç köklərini gücləndirərək onları xarici təsirlərdən qoruyur.

Yumurta
Yumurta tərkibindəki protein və B vitaminləri sayəsində saçların daha sağlam və parlaq görünməsinə kömək edir.

Çia toxumu
Zəngin Omeqa-3 mənbəyi olan çia toxumu saçların nəmlənməsini təmin edərək qırılmaların qarşısını alır.

İspanaq
Dəmir və fol turşusu ilə zəngin olan ispanaq saç köklərini qidalandırır və tökülməni azaldır.

Balıq
Xüsusilə somon və skumbriya kimi balıqlar Omeqa-3 və D vitamini ilə zəngin olub saçların sağlamlığını qoruyur.

Kətan toxumu
Saç dərisini nəmləndirən kətan toxumu kəpəklənmənin qarşısını alır və saçların elastikliyini artırır.

Qatıq
Protein və kalsiumla zəngin olan qatıq saç köklərinin güclənməsinə və sağlam uzanmasına kömək edir.

Balqabaq tumu
Sink mənbəyi olan balqabaq tumu saç tökülməsinin qarşısını alır və yeni saçların çıxmasını dəstəkləyir.
