spot_img
Ana səhifəGÖZƏLLİKSAÇ VƏ DIRNAQ BAXIMISaç tipinizə görə necə daraq istifadə etməlisiniz?

Saç tipinizə görə necə daraq istifadə etməlisiniz?

spot_img

Saçlarınızın sağlam və gözəl görünməsi üçün doğru daraq seçmək vacibdir.

Maya.news xəbər verir ki, saç tipinə uyğun olmayan daraqlar saç qırılmalarına, dolaşıqlığa və hətta həcm itkisinə səbəb ola bilər.

Düz saç

Düz saçlar ən asan daranan saç növüdür. Bu tip saçlar üçün incə dişli daraqlara üstünlük verilməlidir. Bu daraqlar saçları hamarlaşdırır və elektrikini azaldır. Düz saçları darayarkən incə hərəkətlərlə saç qırılmasının qarşısını ala bilərsiniz.

Dalğalı saç

Dalğalı saçlar həcmli və təbii görünüşlüdür. Bu tip saçlar üçün geniş dişli daraqlar tövsiyə olunur. Bu daraqlar saçın təbii formasını saxlamağa kömək edir və qırılmaların qarşısını alır. Dalğalı saçları yaş olduğu zaman daramaq daha uyğundur. Belə ki, yaş saçlarda buruqları daha asan müəyyən edə bilərsiniz.

Qabarıq saç

Qabarıq saçlar adətən həcmli və canlı olur. Bu saç tipi üçün geniş dişli daraqlara və ya qıvrım fırçalara üstünlük verilməlidir. Geniş dişli daraqlar saçın həcmini artırmadan daranmağa imkan verir. Qıvrım fırçalar isə saçın strukturuna zərər vermədən formaya salmağa kömək edir.

Buruq saç

Buruq saçlar xüsusi qulluq və darama tərzi tələb edir. Geniş dişli daraqlar xüsusi qıvrım fırçalar bu tip saçlar üçün ən uyğun variantdır. Buruq saçları yaş olduğu zaman darayaraq qıvrımların formasını saxlaya bilərsiniz. Bu daraqlar saçın təbii strukturunu qoruyaraq düyünləri açmağa kömək edir.

İncə saç

İncə saçlara zərif qulluq lazımdır. Bu tip saçlar üçün yüngülincə dişli daraqlara üstünlük verilməlidir. İncə dişlər saçların daha həcmli görünməsinə kömək edir və qırılma riskini azaldır.

Qalın saç

Qalın saçlar həcmli quruluşa malikdir. Bu saç tipləri üçün geniş dişliağır daraqlar tövsiyə olunur. Geniş dişli daraqlar qalın saçları hamarlaşdırarkən saç tellərinə daha az zərər verir. Yaxşı nəticə əldə etmək üçün qalın saçları yaş olduğu zaman daramaq lazımdır.