Fildişi Sahillərində yaşayan Laetitia KY adlı moda dizayneri bir heykəltəraş kimi saçlarını müxtəlif formalara salır.
Maya.news xəbər verir ki, o, saçlarına forma vermək üçün yun, iynə, süni saç telləri və parçalar istifadə edir.
Laetitia saçını heyvan fiqurlarından tutmuş gündəlik istifadə etdiyimiz əşyalara qədər müxtəlif şəkillərə salmağı bacarır.
O, seçdiyi kompozisiyadan asılı olaraq saçlarını formaya salmağa 20 dəqiqə ilə 2 saat arasında vaxt sərf etdiyini bildirir.



