spot_img
Ana səhifəGÖZƏLLİKSAÇ VƏ DIRNAQ BAXIMIYaponlar saç ağarmasının qarşısını almağın yolunu tapdılar

Yaponlar saç ağarmasının qarşısını almağın yolunu tapdılar

spot_img

Yapon tədqiqatçılar saç ağarmasının qarşısını almağın yolunu tapdıqlarını açıqlayıblar.

Maya.news xarici KİV-ə istinadla xəbər verir ki, bu iddia ilə Yaponiyada yerləşən Naqoya Universitetinin tədqiqatçıları Masaşi Kato və Takumi Kaqava çıxış ediblər.

Alimlər təbii antioksidant olan luteolinin saç ağarmasının qarşısını aldığını təcrübə ilə sübuta yetiriblər.

Tədqiqat zamanı genetikası dəyişdirilmiş və yaşlandıqca rəngi bəyazlaşan siçanlara luteolin, hesperetin və diosmetin verilib.

Nəticədə məlum olub ki, luteolin verilən siçanların tükləri qara qaldığı halda, digər siçanlarda bəyazlaşma baş verir.

Tədqiqatçılar luteolinin endotelin zülalına təsir göstərərək melanin piqmentinin fəaliyyətini qoruduğunu və piqment itkisinin qarşısını aldığını bildiriblər.

Qeyd edək ki, brokoli, kərəviz, kök kimi tərəvəzlər luteolinlə kifayət qədər zəngindirlər.