spot_img
Ana səhifəGÖZƏLLİKÜZ VƏ DƏRİ BAXIMIDuş aldıqdan sonra dərimiz niyə büzüşür?

Duş aldıqdan sonra dərimiz niyə büzüşür?

spot_img

Yəqin ki, sizin də əliniz və barmaqlarınız hamamda duş aldıqdan sonra büzüşür. Bunun səbəbi haqda düşünmüsünüz heç?

Maya.news xəbər verir ki, əlləri uzun müddət su altında saxladıqdan sonra da bu qırışları görə bilərsiniz. Sudan kənarlaşdıqdan sonra isə qısa müddətdə bu qırışlar yoxa çıxır və dərimiz əvvəlki formasına qayıdır.

Bu büzüşmələr dərinin tüksüz hissələrində yaranır. Məsələn, ovuc,  əl və ayaq barmaqları, ayaq altı nahiyədə onlara rast gəlmək olur.

Tibbi aspektdən yanaşdıqda suya məruz qalan əl və ayaqlarda büzüşmələrin olması normaldır. Bunun səbəbi isə su altında dərinin üst təbəqəsindəki hüceyrələrin şişməsidir. Bu sayədə insan su altında hər hansısa bir əşyanı daha rahat tuta və saxlaya bilir.

Ancaq barmaqlarda büzüşmə su ilə təmas etmədən də baş verirsə, bu bəzi tibbi problemlərin əlaməti ola bilər. Bunlara dehidrasiya, şəkərli diabet, ekzema və s. xəstəlikləri misal göstərmək olar. Bu halla rastlaşdıqda isə həkim qəbuluna yazılmaq vacibdir.