Gözəl və canlı dəri əldə etmək üçün müxtəlif prosedurlar mövcuddur.
Maya.news bu prosedurlarda əsas bir neçəsini təqdim edir:
Makiyajlı yatmayın
Hər gün yatmazdan əvvəl üzünüzü təmizləyin.
Gündə 2 litr su için
Qazlı içkilərdən uzaq durun. Çay və qəhvəni məhdudlaşdırın.
Sağlam qidalanın
Xüsusilə tərkibində C vitamini, kollagen və omeqa 3-6 olan qidalardan istifadə etməyi unutmayın.
Siqaretdən uzaq durun
O nəinki sağlamlığınıza zərər verir, həm də dərinizi sürətlə qocaldır.
Yuxu rejiminizə sadiq qalın
Axşam tez yatıb səhərləri erkən oyanın.
Dərinizə tipinə uyğun məhsullarla qulluq edin
Nəmləndiricidən istifadə etməyi unutmayın.
Günəş şüalarından qorunun
Ultrabənövşəyi şüalardan qoruyan kremlərdən mütəmadi istifadə gənc və parlaq dəri üçün ilk addımdır.
Həkimlə məsləhətləşin
İstənilən dəri proseduru zamanı dermatoloqdan məsləhət alın.