Son aparılan tədqiqata görə, kişilərin saqqalı qadınların üzlərində sızanaq və ləkə yaranmasına səbəb olur.
Maya.news xəbər verir ki, tədqiqat ABŞ-də yerləşən bir dermatoloji klinika tərəfindən aparılıb.
Tədqiqatçılar bildirirlər ki, kişilərin saqqalları bakteriyalar üçün münbit mühitdir.
Onlar saqqallarına nə qədər çox baxım prosedurları tədbiq etsələr və ya hər gün yusalar belə bakteriyaları yox etmək mümkün deyil.
Bu bakteriyalar isə qadınlarla üz təması zamanı onlarda sızanaq və ləkələrin yaranmasına səbəb olur.