spot_img
Ana səhifəGÖZƏLLİKÜZ VƏ DƏRİ BAXIMIDəri baxımında yeni trend: Naringi

Dəri baxımında yeni trend: Naringi

spot_img

Gözəllik və dəriyə qulluq dünyasında təbii məhsullar üstünlük təşkil etməyə başlayıb. Bu məhsullardan biri də naringidir.

Maya.news xəbər verir ki, dəri qulluğunda təbii məhsullara üstünlük verən şəxslər üçün naringi unikal seçimdir. Ölçüsünün kiçik olmasına baxmayaraq, bu meyvə C, A, B vitaminləri və kaliumla zəngindir. Tərkibindəki C vitamini dərinin daha gənc, parlaq və sağlam görünməsinə, antioksidantlar isə dəridəki qocalma əlamətlərinin gecikməsinə kömək edir.

Naringi dərinin elastikliyini artırmaqda, tünd ləkələr və hiperpiqmentasiya kimi dəri problemləri ilə mübarizədə də effektiv köməkçidir. Belə ki, o melanin piqmentinin istehsalını azaldır, dəri tonunu bərabərləşdirərək ona təbii parlaqlıq verir.

Naringi meyvə kimi istehlak edilməklə yanaşı, dəriyə qulluq prosedurlarında da istifadə olunur. Onun şirəsindən və ya qabığından əldə edilən ekstraktlardan təbii maska ​​və kremlər hazırlamaq mümkündür.