spot_img
Ana səhifəGÜNDƏMBİZNESBayraktar qardaşları "Forbes"un milyarderlər siyahısınsiyahısına düşdü

Bayraktar qardaşları “Forbes”un milyarderlər siyahısınsiyahısına düşdü

spot_img

“Forbes”un “Dünyanın ən zəngin insanları” siyahısının yenilənmiş versiyasında Bayraktar qardaşlarının da adı var.

Maya.news xəbər verir ki, 2024-cü ildə Selçuk Bayraktar 1.2 milyard dollar, Haluk Bayraktar isə 1.1 milyard dollar sərvətlə bu siyahıya daxil olub.

Milyarderlər sərvətlərini daha da artıraraq siyahıdakı mövqelərini yüksəldiblər.

Belə ki, “Baykar Teknoloji” şirkətinin idarə heyətinin sədri Selçuk Bayraktar şirkətdəki 52.5 faizlik payı sayəsində şəxsi sərvətini 1.8 milyard dollara çatdırıb.

O, Türkiyənin ən zəngin 15-ci adamı olub.

“Baykar Teknoloji” şirkətində 47.5 faizlik səhmə sahib olan Haluk Bayraktarın sərvəti isə 1.6 milyard dollara çatıb.

O, Türkiyənin 19-cu ən zəngin insanı olub.

Qeyd edək ki, “Baykar Teknoloji” şirkəti pilotsuz uçuş aparatlarının istehsalı ilə məşğuldur.