ABŞ-nin seçilmiş prezidenti Donald Tramp öz adına “$TRUMP” adlı yeni kriptovalyuta buraxdığını elan edib.
Maya.news xəbər verir ki, bu yeni rəqəmsal aktiv kriptovalyuta bazarında böyük maraq yaradıb.
Belə ki, ilkin mərhələdə istifadəçilər üçün 200 milyon “$TRUMP” sikkəsi əlçatan olacaq.
Üç il ərzində isə dövriyyədə olan sikkələrin ümumi sayı bir milyarda çatacaq.
Kriptovalyutanın buraxılışının ilk saatlarında “$TRUMP” adlı “memkoin”in kapitalizasiyası 3 milyard dollar olub.
Sonrakı saatlarda bu məbləğ 4,3 milyard dollara yüksəlib.
Görünən odur ki, yeni “$TRUMP” kriptovalyutası investorlara və kripto həvəskarlarına böyük qazanc fürsətləri vəd edir.