Amerikalı milyarder İlon Mask sahibi olduğu “X” sosial şəbəkəsini 33 milyard dollara satıb.
Maya.news xəbər verir ki, bu barədə Maskın özü açıqlama yayıb.
Milyarder “X”i süni intellekt “xAI” şirkətinə 33 milyard dollara satdığını bildirib.
Qeyd edək ki, Mask 2022-ci ildə “Tvitter”i 44 milyard dollara alaraq adını “X” olaraq dəyişdirmişdi.