Kişilərin alt paltarı alma imkanı yaşadıqları ölkələrin iqtisadi vəziyyətlərini göstərir.
Maya.news xəbər verir ki, bu fikri ilk dəfə ABŞ-nin Mərkəzi Bankının keçmiş direktoru Alan Qrinspen səsləndirib.
O, bu nəzəriyyəni “Kişi alt paltarı indeksi” adlandırıb.
Bu nəzəriyyəyə görə, kişilər iqtisadi durğunluq zamanı özlərinə alt paltarı almağı təxirə salırlar.
Çünki həmin dövrdə yeni alt paltarı almaq əlavə xərc kimi görünür.
Kişi alt paltarı satışının artması isə ölkədə iqtisadi inkişafın göstəricisidir.