Malayziyada yaşayan Raşel Kaur adlı qadın hər gün işə təyyarə ilə gedib-gəlir.
Maya.news xəbər verir ki, o, Malayziyanın paytaxtında ev kirayələməmək üçün bu yola baş vurub.
Raşel hər gecə saat 04:00 radələrində oyanır və hər gün 05:55-də uçan təyyarəyə çatmaq üçün evdən çıxır.
O, hər gün səhər saat 07:45-də isə ofisinə çatır.
Bütün biletləri özünün aldığını deyən Raşel təyyarə ilə işə-gedib gəlməyin Kuala-Lumpurda bir ev kirayələməkdən daha ucuz başa gəldiyini bildirir.
Həmçinin Raşel təyyarə ilə işə-gedib gəlməyin iş-şəxsi həyat balansını qorumağa kömək etdiyini və uşaqları ilə daha çox zaman keçirməyinə şərait yaratdığını deyir.