Özünüzü şanssız hiss edirsiniz? Ronald Ueynin qərarı ilə tanış olun və fikrinizi dəyişin.
Maya.news xəbər verir ki, “Apple” 1 aprel 1976-cı ildə Stiv Cobs, Stiv Vozniyak və Ronald Ueyn tərəfindən təsis edilib.
Bu gün dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan “Apple” başlanğıcda heç də bu qədər güclü və böyük bir şirkət deyildi.
Belə ki, təsisçilərdən biri olan Ronald Ueyn şirkətin 10% səhmini əldə etmişdi.
Lakin o, şirkətin uğursuz olacağını düşünərək artıq risk almaq istəmədiyinə görə səhmlərini cəmi 11 gün sonra 800 dollara Stiv Cobs və Stiv Vozniyaka satdı.
Bu qərar Ronaldı o dövrdəki maliyyə risklərindən xilas etsə də, gələcəyin ən böyük texnologiya nəhənglərindən birində pay sahibi olmaq şansını əldən buraxmasına səbəb oldu.
Hazırki dövrdə Ronaldın satdığı həmin səhmlərin dəyəri 339 milyard dollara bərabərdir.
Bu hekayə hər zaman qərarların uzunmüddətli nəticələrini düşünməyin vacibliyini göstərir.