spot_img
Ana səhifəGÜNDƏMBİZNES“Tosuncuk” və qardaşına 45 376 il 6 ay həbs cəzası verildi

“Tosuncuk” və qardaşına 45 376 il 6 ay həbs cəzası verildi

spot_img

Türkiyədə illərdir davam edən “Çiftlik Bank” məhkəmə işində “Tosuncuk” ləqəbi ilə tanınan Mehmet Aydın və qardaşı Fatih Aydına 45 376 il 6 ay həbs cəzası verilib.

Maya.news xəbər verir ki, məhkəmə işində ümumilikdə 20 şəxs hakim qarşısına çıxarılıb və mühakimə olunub.

Mehmet Aydın məhkəmədə heç kəsə yalan demədiyini və heç kəsi aldatmadığını bildirib, azadlığa buraxılmasını istəyib.

Qeyd edək ki, “səadət zənciri” prinsipi ilə işləyən “Çiftlik Bank” şirkəti 2016-cı ildə Mehmet Aydın tərəfindən yaradılıb.

O, 130 min insanın 511 milyon lirəsini (təxminən 24 milyon manat) fırıldaqçılıq yolu ilə mənimsəməkdə ittiham olunub.

Mehmet Aydın Türkiyədən qaçaraq bir müddət Uruqvayda yaşayıb.

2021-ci ildə isə Braziliyanın San-Paulo şəhərində yerləşən Türkiyə konsulluğuna təslim olub.