Serial çəkilişlərindən ən çox pul qazanan türk aktyorların adları məlum olub.
Maya.news xəbər verir ki, siyahıya Çağatay Ulusoy liderlik edir.
O, yeni başlayan “Eşref Rüya” serialında həftəlik 3,5 milyon lirə (təxminən 157 min manat) qazanır.

İkinci pillədə isə “Kral Kaybederse” serialında baş rolu canlandıran Halit Ergençin adı var.
Aktyor hər həftə 2 milyon lirə (təxminən 89 min manat) qonorar alır.

“Deha” serialındakı Devran rolunu ifa edən Aras Bulut İynemli isə həftəlik 1,5 milyon lirə (təxminən 67 min manat) qazanır və üçüncü yerdədir.

Mert Ramazan Demir (“Yalı Çapkını”) və Tolga Sarıtaş (“Teşkilat”) çəkildikləri seriallardan hər seriya üçün 1 milyon lirə (təxminən 45 min manat) qazanırlar.


“Uzak Şehir”də Cihan obrazını canlandıran Ozan Akbabanın qonorarı isə həftəlik 450 min lirədir (təxminən 20 min manat).
