Çin Ay təqviminə görə “Əjdaha ili”ni geridə buraxaraq “İlan ili”nə daxil oldu.
Maya.news xəbər verir ki, Çin və digər bir sıra Şərq və Cənub-Şərq ölkələrində yeni il 1 yanvar tarixindən hesablanmır.
Bu ölkələrdə yeni ilin başlanması 20 yanvar-20 fevral arasına təsadüf edir.
Hər il Ay tədviminə görə müəyyən edilən yeni il günü 2025-ci ildə 29 yanvar tarixində qeyd olunub.
Ölkə “İlan ili”nə qədəm qoyduğu üçün hər yerdə ilan formalı bəzəklər yerləşdirilib.
İnsanlar bir araya gələrək bayranı qeyd edib, kiçik uşaqlara pul veriblər.
Qeyd edək ki, Çin təqdiviminin tarixi 5 000 il əvvələ qədər uzanır.
İllərin adları isə Çin bürcündə yer alan 12 heyvandan biri ilə adlandırılır:
Siçan, Öküz, Pələng, Dovşan, Əjdaha, İlan, At, Keçi, Meymun, Xoruz, İt və Donuz.