Fransada 51 Nəfərin Təcavüz Etdiyi Qadınla Bağlı Məhkəmə Prosesi Bitdi: Şok Detallar
Fransa tarixinin ən dəhşətli zorakılıq hadisələrindən biri olan Jizel Pelikoya qarşı kütləvi təcavüzlə bağlı məhkəmə prosesi sona çatıb. Maya.news-un verdiyi məlumata görə, Avinyon şəhərində baş tutan məhkəmədə 51 nəfərə ağır hökm oxunub.
Qadının əri Dominik Peliko arvadına narkotik vasitələr verərək onu yatırmış və digər 50 nəfərin ona təcavüz etməsinə şərait yaratmışdır. Bu cinayətləri 10 il ərzində davam etdirən Dominik Peliko arvadının zorlanma səhnələrini videoya çəkərək insanlığa sığmayan bir addım atmışdır.
Məhkəmə nəticəsində Dominik Peliko 20 il ağırlaşdırılmış şərtlərlə həbs cəzasına məhkum edildi. Təcavüzdə iştirak edən 51 nəfərə isə ümumilikdə 600 il həbs cəzası təyin olunub.
Hadisənin 2011-2020-ci illər arasında davam etdiyi məlumdur. Bu kütləvi zorakılıq hadisəsi beynəlxalq ictimaiyyətdə geniş əks-səda doğurmuşdur.
Bu dəhşətli cinayət bir daha zorakılıq və insan hüquqları ilə bağlı qlobal müzakirələrin aktuallığını ortaya qoyur.