spot_img
Ana səhifəGÜNDƏMMƏŞHURLARMilyarder Ceff Bezos sevgilisi Lauren Sançezlə evlənir

Milyarder Ceff Bezos sevgilisi Lauren Sançezlə evlənir

spot_img

Dünyanın ən varlı adamlarından biri, “Amazon”un yaradıcısı Ceff Bezos nəhayət ki, uzun müddətdir eşq yaşadığı Lauren Sançezlə evlənir.

Maya.news “People” nəşrinə istinadla xəbər verir ki, cütlük bu yay İtaliyanın Venesiya şəhərində toy edəcək.

Qeyd edək ki, 61 yaşlı Ceff və 55 yaşlı Lauren 2019-cu ildən birlikdədirlər.

Bezos daha əvvəl Makkenzi Skottla evlilik yaşayıb.

Onların 25 illik evliliyi Bezosun həyat yoldaşına L. Sançezlə xəyanət etməsi nəticəsində pozulub.

L. Sançez isə iki dəfə ailəli olub.

Bezosun dörd, Laurenin isə 3 övladı var.