Amerikalı milyarder İlon Mask Amerika Siyasi Cəmiyyətinin (America PAC) üzvlərinin görüşündə kəsilmiş pendir parçasına bənzəyən papaq taxıb.
Maya.news xəbər verir ki, tədbirdən görüntülər milyarderin “X” sosial şəbəkəsindəki hesabında paylaşılıb.
Viskonsin ştatında baş tutan görüş zamanı səhnəyə çıxan İlon Mask iştirakçıları salamladıqdan sonra papağını çıxarıb və üzərinə imza çəkərək camaatın üzərinə atıb.