Türkiyənin sevilən aktyoru Kıvanç Tatlıtuğun iştirak edəcəyi yeni serialın adı açıqlanıb.
Maya.news xəbər verir ki, aktyor “Şakir Paşa Ailesi: Mucizeler ve Skandallar” adlı serialda qonaq aktyor kimi rol alacaq.
Kıvanç Tatlıtuğ serialın 5-ci bölümündə Meryem Üzerlinin canlandırdığı “Rozalia” obrazının sevgilisi rolunda ekranlara çıxacaq.
Qeyd edək ki, serial Osmanlı tarixçisi Şakir Paşanın ailə hekayəsindən bəhs edir.