spot_img
Ana səhifəGÜNDƏMMƏŞHURLARLedi Qaqa “Elle” jurnalının siması oldu

Ledi Qaqa “Elle” jurnalının siması oldu

spot_img

Məşhur amerikalı müğənni və aktrisa Ledi Qaqa dünyaca məşhur “Elle” jurnalının fevral ayı buraxılışının üz qabığının siması seçilib.

Maya.news xəbər verir ki, 38 yaşlı sənətçi jurnal üçün eksklüziv fotosessiya etdirib və şəxsi həyatı ilə bağlı səmimi müsahibə verib.

Ledi Qaqa

Müğənni müsahibəsində sevgilisi Maykl Polanski ilə münasibətlərindən bəhs edib.

O, hazırda sağlam və xoşbəxt bir münasibət yaşadığını bildirib, sevgilisi ilə birlikdə makaron bişirdiyini və mahnılar yazdığını açıqlayıb.

Ledi Qaqa "Elle" dərgisi üçün fotosessiya

Ledi Qaqa eyni zamanda tezliklə təqdim olunacaq “Mayhem” albomu haqqında da danışıb.

Albomun buraxılış tarixi hələ dəqiqləşdirilməsə də, sənətçinin pərəstişkarları böyük maraqla bu yeni layihəni gözləyirlər.

Ledi Qaqa "Elle" dərgisi fotosessiyasından fotolar