Dünyaca məşhur argentinalı futbolçu Lionel Messi yeni premium şərab brendi olan “Lionel 10”-u təqdim edib.
Maya.news xəbər verir ki, “Lionel 10” şərabları ABŞ-ın “Mmwinemaker” şərab zavodu ilə əməkdaşlıq çərçivəsində istehsal olunub.

Brendin təqdim etdiyi şərablar ağ və qara etiketli olmaqla iki növdə mövcuddur.
Hər bir şüşə üzərində Lionel Messinin silueti yer alır. Brendin adı isə onun məşhur futbol karyerasına istinad edir. “Lionel 10” şərablarının bir şüşəsinin qiyməti 60,32 avro təşkil edir.

Bu yeni şərab brendi futbolsevərlərlə yanaşı, şərab həvəskarlarının da diqqətini çəkəcək. Messi həm futbol sahəsində, həm də lüks məhsul bazarında addımlarını atmağa davam edir.