Argentina millisinin və “İnter Mayami” klubunun ulduzu Lionel Messi saç stilini dəyişdiyi üçün gündəmə gəlib.
Maya.news xəbər verir ki, futbolçunun yeni saç forması sosial media izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Bəziləri onun karyerasına başladığı vaxtlardakı saç stilinə qayıtdığını yazıblar.
İzləyicilərin çoxu isə yeni saç stilini bəyənməyib və futbolçuya yaraşmadığını bildiriblər.


