Lüksemburq şahzadəsi Robert və Nassau şahzadəsi Culinin qızı şahzadə Şarlotta de Nassau evlənib.
Maya.news xəbər verir ki, 30 yaşlı şahzadə “MKS PAMP” şirkətinin baş direktoru Mervan Şakarçinin oğlu 28 yaşlı Mənsur Şakarçinlə ailə qurub.
Şakarçi ailəsinə məxsus şirkət qiymətli metallar biznesi ilə məşğuldur.
İsveçrənin “Qştad” xizək kurortunda baş tutan toydan fotolar sosial mediada maraqla qarşılanıb.
Cütlük 2019-cu ildən sevgili idi və ötən il nişanları baş tutmuşdu.



