“Sandık kokusu” serialında iki sevgili obrazını canlandıran Nəsrin Cavadzadə və Pamir Pekin real həyatda da eşq yaşayırlar.
Maya.news xəbər verir ki, uzun müddətdir sevgili olduqları barədə şailər yayılan cütlük yayılan söz-söhbətə nəhayət son qoyub.
Belə ki, aktyor Pamir Pekin sevgilisi Nəsrin Cavadzadə ilə fotolarını sosial media hesabında paylaşıb.
Fotolar sosial media istifadəçiləri arasında sürətlə yayılıb və maraqla qarşılanıb.
Qeyd edək ki, “Sandık kokusu” serialının ikinci sezonunda N.Cavadzadə “Ayça”, P. Pekin isə “Hakan” obrazını canlandırır.

