Kanye Uest və onun həyat yoldaşı Byanka Senzori “Qremmi” musiqi mükafatına həsr olunmuş tədbirdən qovulublar.
Maya.news xəbər verir ki, buna səbəb Byanka Senzorinin çılpaq olması və striptiz göstərməsi olub.
Los-Ancelesdə sayca 67-ci dəfə keçirilən tədbirin qırmızı xalısına K.Uest qara köynək və şalvarda, B.Senzori isə qara uzun kürkdə çıxıb.

Ancaq daha sonra Senzori kürkü əynindən çıxarıb və tamamilə şəffaf miniatür geyimdə qalıb.
Cütlük bir neçə dəqiqə sonra polisin köməkliyi ilə tədbir ərazisindən uzaqlaşdırılıb.
