Məşhur Hollivud aktyoru Riçard Qir və həyat yoldaşı Aleksandra Silva “Elle” jurnalının İspaniya nəşri üçün xüsusi fotosessiya etdirib.
Maya.news xəbər verir ki, 75 yaşlı aktyor və 41 yaşlı Aleksandra bir müddət əvvəl İspaniyaya köçərək orada yeni həyat qurublar.
Riçard Qir və Aleksandra Silva 2018-ci ildə evləniblər.
Cütlüyün 6 və 5 yaşlı iki oğlu var.
Cütlüyün sevgi dolu ailə həyatı tez-tez medianın diqqət mərkəzində olur.





