Məşhur aktrisa Salma Hayek 58 yaşında olmasına baxmayaraq gənc qızlara meydan oxuyacaq tərzdə fotosessiya etdirib.
Maya.news xəbər verir ki, o, “Marie Claire” jurnalının yeni sayı üçün kamera qarşısına keçib.
Üz qabığı fotosunda aktrisa “Bottega Veneta” palto, “Boucheron” zinət əşyaları və “Gedebe” ayaqqabısı geyinib və dəri divanda oturub.
Həmçinin jurnala müsahibə verən Salma texnologiyaya güvənmədiyini, sosial media hesablarının olmadığını, telefondan isə nadir hallarda istifadə etdiyini bildirib.




