Aktrisa və müğənni Selena Qomez nişanlısı nişanlısı, musiqi prodüseri Benni Blankonun ona aldığı 3250 dollar dəyərindəki üzüyü 12 dollara satıb.
Maya.news xəbər verir ki, o, üzüyü başlatdığı “12 gün əsl nadir əşyalar” adlı reklam kampaniyası çərçivəsində satışa çıxarıb.
Bu kampaniya “I Said I Love You First” albomunun çıxışı ərəfəsində təşkil olunur və kampaniya ərzində müğənni “sentimental” əşyalarını pərəstişkarlarına satacaq.
Kampaniya çərçivəsində ilk satılan əşya “Jacquie Aiche” brendinə məxsus brilyantlarla bəzədilmiş “B” hərfli üzük olub.

