Norveçdə polis məmuru qayığa qoruyucu jiletsiz mindiyi üçün özünü cərimələyərək maraqlı bir hadisəyə imza atıb.
Maya.news xəbər verir ki, hadisə Norveçdə baş verib.
“Verdens Gang” qəzetində yayımlanan xəbərə görə, Arne Stavnes adlı polis məmuru təhlükəsizlik qaydalarını pozduğu üçün özünə 500 Norveç kronu (təxminən 76 manat) məbləğində cərimə yazıb.
Bu hadisə təhlükəsizlik qaydalarına əməl etməyin əhəmiyyətini vurğulamaq və ictimaiyyətə nümunə olmaq baxımından diqqət çəkib.