Türkiyəli müğənni Serdar Ortaç “YouTube” platformasında yayımlanan “Serbest vuruş” adlı proqramın qonağı olub.
Maya.news xəbər verir ki, sənətçi indiyədək qumarda uduzduğu məbləği dəqiq bilmədiyini, ancaq 10-15 ev, 1 göydələn uduzduğunu deyib.
Qeyd edək ki, qumardan və spirtli içkidən uzaqlaşdığını bildirən Serdar Ortaç MS xəstəliyi ilə mübarizə aparır.