Türkiyənin Mardin şəhərindəki məktəblərdən birində maraqlı və yaradıcı bir hadisə baş verib.
Maya.news xəbər verir ki, müəllim şagirdlərə xüsusi bir sürpriz hazırlayıb, onlara öz əlləri ilə rənglədikləri eskizlər əsasında papaqlar hədiyyə edib.
Müəllim əvvəlcə kağıza papaq eskizi çəkib və bu eskizləri şagirdlərə paylayıb. Şagirdlər öz yaradıcılıqlarını göstərərək eskizləri müxtəlif rənglərlə bəzəyiblər. Daha sonra müəllim həmin rənglənmiş eskizlər əsasında real papaqlar hazırladıb və bu unikal hədiyyələri şagirdlərə təqdim edib.
Bu maraqlı təşəbbüs uşaqların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və onlara öz işlərinin nəticəsini görmək imkanı yaratmaq məqsədi daşıyıb.