Türkiyədə maraqlı hadisə baş verib.
Maya.news xəbər verir ki, ölkənin Zonquldaq vilayətinin Gülüç rayonu Bələdiyyəsində 20 il sürücü işləmiş Sadık Kara bələdiyyə sədri seçilib.
Türkiyə mətbuatının yazdığına görə, keçmiş bələdiyyə sədri Gökhan Mustafa Dəmirtaş bir qadın işçinin şikayəti əsasında cinsi zorakılıqda ittiham olunaraq həbs edilib.
Vəzifəsindən azad edilən Dəmirtaşın yerinə isə bələdiyyə məclisi Sadık Karanı yeni bələdiyyə sədri seçib.
Qeyd edək ki, Karanın son vəzifəsi bələdiyyə sədrinin müavini idi.