Maneeş Sethi adlı amerikalı siqaret çəkdikdə və söyüş söydükdə elektrik vurmasına səbəb olan qolbağ hazırlayıb.
Maya.news xəbər verir ki, “Pavlok” adlı ağıllı qolbağ onu istifadə edən şəxsi digər pis vərdişlərdən də qoruyur.
Bunlar arasında zərərli yeməkləri yemək, həddindən çox yatmaq və s. funsiyalar var.
İstifadəçi qolbağda əvvəlcədən qeyd etdiyi məhdudiyyətlərə əməl etmədikdə, qolbağ bir anda elektroşok alətinə çevrilir.
“Pavlok”u izləmək istədiyiniz şəxsin qoluna bağlayıb məsafədən idarə etmək də mümkündür.
Qolbağın bu ilin sonunda ABŞ-də satışa çıxarılacağı, qiymətinin isə 250 dollar olacağı bildirilir.
