spot_img
Ana səhifəGÜNDƏMTEXNOLOGİYAÇin “ChatGPT”yə rəqib yaratdı – “DeepSeek” süni intellekti

Çin “ChatGPT”yə rəqib yaratdı – “DeepSeek” süni intellekti

spot_img

Çinin “DeepSeek” startapı çərçivəsində hazırlanmış süni intellekt modeli “DeepSeek R1” qlobal texnologiya dünyasında böyük səs-küy yaradıb.

Maya.news xəbər verir ki, yenilənmiş model istifadəyə verildikdən sonra 2,5 milyondan çox yüklənmə sayı əldə edib.

“DeepSeek R1” – “ChatGPT”yə güclü alternativ?

“DeepSeek R1” süni intellekt modeli, ABŞ-ın OpenAI şirkəti tərəfindən yaradılan məşhur “ChatGPT” çat-botuna ciddi rəqib hesab edilir.

Çin istehsalı olan bu AI modeli cəmi 6 milyon dollara başa gəlib və daha az çipdən istifadə olunaraq hazırlanıb.

Ən diqqətçəkən məqam isə “DeepSeek R1”in tamamilə pulsuz istifadəyə təqdim olunmasıdır.

“DeepSeek”in sürətli populyarlığı qlobal bazarları silkələdi!

“Bloomberg”in məlumatına görə, “DeepSeek”in sürətlə populyarlaşması dünyanın ən varlı şəxslərinə ciddi təsir edib.

  • Nvidia” şirkətinin rəhbəri Censen Huanq20 milyard dollar itirib
  • Dell” şirkətinin təsisçisi Maykl Dell13 milyard dollar zərərə düşüb
  • Binance”-ın yaradıcısı Çanpen Çjao12 milyard dollar itirib
  • “Google” – 100 milyard dollar zərər edib
  • Microsoft”7 milyard dollar itirib

Texnologiya sektorunda baş verən bu dəyişikliklər Çinin süni intellekt sahəsində ciddi rəqibə çevrildiyini bir daha sübut edir.