Lüks mobil telefon istehsalçısı Caviar dünyanın ən bahalı telefonu olan yenilənmiş “iPhone 16 Pro Max” modelini təqdim edib.
Maya.news xəbər verir ki, xarici KİV-ə istinadən xəbər verir ki, bu eksklüziv modelin hazırlanmasında 1 kq-dan artıq qızıl istifadə olunub. Telefonun arxa hissəsində Qanuni Sultan Süleyman detalı xüsusi dizaynla işlənib və diqqət mərkəzindədir.
Telefona həmçinin 402 ədəd almaz, yaqut və sapfir daşları əlavə edilib.
Həqiqi dəri üzərinə yerləşdirilən qiymətli daşlar telefona lüks görünüş verib.
Telefonun qiyməti 301 790 dollar olaraq müəyyən edilib və cəmi 3 ədəd istehsal olunub.