Beynəlxalq axtarış sistemi “Google” Novruz bayramına “doodle” həsr edib.
Maya.news xəbər verir ki, axtarış sisteminin əsas səhifəsində Novruz bayramı ilə bağlı görüntü yerləşdirilib.
Görüntüyə klikləməklə Novruz bayramı ilə bağlı ətraflı məlumatları əldə etmək mümkündür.
“Doodle”da Novruzun simvolları, Kosa, səməni, həmçinin baharın gəlişi, ağacların çiçək açması, qaranquşların gəlişi əks olunub.
