spot_img
Ana səhifəGÜNDƏMTEXNOLOGİYAMask dünyanın ən ağıllı süni intellekti adlandırdığı "Grok 3”ü təqdim etdi

Mask dünyanın ən ağıllı süni intellekti adlandırdığı “Grok 3”ü təqdim etdi

spot_img

Amerikalı milyarder, dünyanın ən zəngin insanı İlon Mask ən ağıllı süni intellekt adlandırdığı “Grok”un yeni versiyası “Grok 3”ü təqdim edib.

Maya.news xəbər verir ki, “Grok” süni intellekt servisi Maskın “xAI” şirkəti tərəfindən hazırlanıb.

İ.Maskın sözlərinə görə, “Grok 3” əvvəlki versiya olan “Grok 2″dən üç dəfə daha üstündü.

Milyarder hətta “Grok 3”ün “Google Gemini”ni, “DeepSeek V3″ü, “Claude”ni, habelə “GPT-4″ü üstələdiyini də deyib.

Qeyd edək ki, “Grok 3” modelindən “X” sosial şəbəkəsində “Premium+” sahibləri istifadə edə bilərlər.