spot_img
Ana səhifəGÜNDƏMTEXNOLOGİYAİlon Mask 30 il ərzində Marsda şəhər inşa edəcək

İlon Mask 30 il ərzində Marsda şəhər inşa edəcək

spot_img

Amerikalı iş adamı İlon Mask gələcək 30 il ərzində Marsda şəhər inşa etmək planını açıqlayıb.

Maya.news xəbər verir ki, uzun illərdir kosmos və Mars barədə tədqiqatlara milyardlarla dollar investisiya yatıran dünyanın ən varlı milyarderinin başqa bir neçə planı da var.

Belə ki, o, 2027-ci ildə Marsa ilk insanın göndərilməsinə nail olmağa çalışır.

Milyarder gələcəkdə Mars və Yer arasında gündə 3 səfər reallaşdırmaq niyyətindədir.

Hər səfərdə isə 100 sərnişin daşınacaq.

2040-cı ilə qədər Marsa 1 milyon insan köçəcək ki, 2050-ci ildə artıq Marsda böyük bir insan kaloniyası yaşayacaq.