spot_img
Ana səhifəGÜNDƏMTEXNOLOGİYAİsveç məktəblərində smartfonların istifadəsi qadağan edilib

İsveç məktəblərində smartfonların istifadəsi qadağan edilib

spot_img

İsveç təhsil naziri Lotta Edholm ölkədəki ilk və orta dərəcəli məktəblərdə smartfonların istifadəsinin qadağan edildiyini açıqlayıb.

Maya.news xəbər verir ki, o, məktəbə ağıllı telefonsuz gələn şagirdlərin özlərini daha yaxşı hiss etdiklərinin elmi tədqiqatlar nəticəsində sübut olunduğunu bildirib.

Yeni qərara əsasən şagirdlərin telefonları siniflərə daxil olarkən bir yerə toplanacaq və dərs çıxışı onlara geri qaytarılacaq.

1 iyul 2026-cı ildən qüvvəyə minəcək qadağa şagirdlərlə yanaşı, müəllimlərə də tətbiq olunub.