Alimlər hər 2 saatdan bir kosmosdan Yer kürəsinə qeyri-adi siqnallar göndərildiyini açıqlayıblar.
Maya.news xəbər verir ki, bu barədə “Nature Astronomy” dərgisində məqalə yayımlanıb.
Verilən məlumata görə, siqnallar 10 il ərzində mütəmadi olaraq göndərilib.
Uzunmüddətli tədqiqatlar və fərqli teleskoplardan edilən müşahidələr nəticəsində məlum olub ki, bu radio siqnallar iki ölü ulduzdan gəlir.
Belə ki, bir-biri ətrafında dövr edən bu ulduzların maqnit sahələri əlaqəyə girir və hər 2 saatdan bir çarpışma qeydə alınır.
Çarpışma nəticəsində radio siqnallar da yaranır ki, bu siqnallar Yer kürəsinə qədər gəlib çatır.