Amerika Milli Aero Kosmik Agentliyi (NASA) bir qara dəlikdən keçməyin simulyasiya videosunu hazırlayıb.
Maya.news xəbər verir ki, verilən məlumata görə qara dəliyə yaxınlaşdıqda sürətimiz işıq sürətinə yaxınlaşır.
Ətrafdakı ulduzların parıltısı güclənir və ekstremal şəraitdə perspektivin necə dəyişdiyinə şahid olursunuz.
Qara dəliyin cazibə qüvvəsi hətta işığı əyərək kainatın sürreal görüntüsünü yaradır.
Qara dəlikdən keçmək isə birdəfəlik səfərdir, yəni geri dönüşü yoxdur.