Fevralın 28-də ilin ikinci “planetlərin paradı” baş tutacaq.
Maya.news xəbər verir ki, 7 planet – Merkuri, Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun eyni vaxtda göy üzündə görünəcək.
Planetlərin ardıcıllığı qərbdən şərqə doğru belə olacaq:
Saturn, Merkuri, Neptun, Venera, Uran, Yupiter və Mars. Uran və Neptun.
Uran və Neptunu görmək üçün durbin və ya teleskopa ehtiyac var, çünki adi gözlə görünməyəcəklər.
Digər planetləri isə adi gözlə görmək mümkün olacaq.
Xatırladaq ki, cari ilin birinci “planetlərin paradı” 21 yanvar tarixində baş tutmuşdu.