Təsəvvür edin, sizə tamamilə pulsuz 4K görüntü keyfiyyətinə malik, 55 sm diaqonallı bir televizor hədiyyə edilir. Amma bunun bir maraqlı şərti var!
Maya.news xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən Telly şirkəti 500 000-dən çox insana pulsuz televizor paylamağı planlaşdırır.
Bu televizorların bazar dəyəri 1000 dollardan artıqdır və yüksək keyfiyyətli görüntü ilə yanaşı əlavə xüsusiyyətlər də təklif edir.
Pulsuz TV əldə etməyin şərti isə bütün reklamları izləməkdir.
TV-nin aşağı hissəsində yerləşdirilən ikinci bir ekran izləyiciyə xəbərlər, hava proqnozları və idman nəticələri təqdim edəcək.
Həmçinin burada reklamların göstərilməsi üçün xüsusi bir yer də ayrılıb.
Televizorun üzərində yerləşdirilən kamera isə izləyiciyə nəzarət edəcək.
Əgər reklamlar göstərildiyi halda onları bağlasanız, şirkət sizi cərimələyə bilər.